İranlı iş adamı Bakını birdəfəlik TƏRK EDİR - Əmlaklarını SATIŞA ÇIXARIB

 20-06-2022

Müstəqilliyin ilk illərindən Azərbaycanda iş quran İrandan olan iş adamı Manuçehr Əhədpur ölkəmizi tərk edir.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Gununsesi.info-ya iranlı iş adamının yaxın ətrafından verilən məlumayda deyilir.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Əhədpur Azərbaycanda fəaliyyət göstərən müəssisələrini və daşınmaz əmlaklarını satışa çıxarıb.

Onun ölkəni təkr etməsinə səbəbə gəlincə, qaynağımız iddia edib ki, ötən illər ərzində Əhədpura dayaq olan yüksək vəzifəli şəxslərin özünün mövqeyinin sarsılmasıdır.

Artıq Azərbaycanda arxasız olduğunu görən iş adamı bir sıra maneələrlə də üzləşib.

Onun fəaliyyətinə gömrük və vergi orqanları tərəfindən ciddi əngəllər yaradıldığı bildirilir.

Məlumata görə, Azərbaycanı tərk etmək istəyən Əhədpur buradakı biznesinin satışından əldə edəcəyi vəsaiti Birləşmiş Ərəb Əmirliklərinə yatıracağını qərarlaşdırıb.

Bənzər yazılar

0.48407196998596