İsmayıllıda “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

 21-08-2023

İsmayıllı şəhərində ilk “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Əvvəlcə “SOCAR PETROLEUM” QSC-nin heyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərində yerləşən abidəsi ziyərət edilib. Abidə önünə gül dəstələri qoyulub.

Daha sonra şəhərin Nizami küçəsi 34 ünvanında yerləşən yeni yanacaqdoldurma stansiyasının açılışı baş tutub. Açılış tədbirində “SOCAR PETROELUM” QSC-nin nümayəndələri və “Kapital Bank”ın əməkdaşları iştirak edib.

Əvvəlcə “SOCAR PETROLEUM”un nümayəndəsi çıxış edərək Cəmiyyətin strateji inkişaf planından söz açıb. Eyni zamanda, “SOCAR” brendi altında fəaliyyət göstərən YDS şəbəkəsinin aktiv şəkildə genişləndiyini vurğulayıb. Bildirilib ki, yeni yanacaqdoldurma stansiyası “Heydər Əliyev İli” ili çərçivəsində istifadəyə verilən sayca 6-cı YDS-dir. Yeni YDS-in məhz İsmayıllıda fəaliyyətə başlaması xüsusən şəhərin turizm potensialının yüksək olması və əhalinin yanacağa olan tələbatının əsas götürülməsi ilə əlaqədardır.  

Qeyd edilib ki, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 27 yeni iş yeri də yaradılıb. Yeni YDS-lər, eyni zamanda ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.

Yeni istifadəyə verilən YDS-də 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. “Aİ-92”, “Aİ-95” Premium və “Dizel”  markalı yanacaq məhsullarının satışının həyata keçiriləcək. YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək. Həmçinin yeni YDS-də Birbank Visa kartları ilə ödəniş edən müştərilər 5% keşbek qazanacaq.

Hazırda İsmayıllıda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli 53 yanacaqdoldurma stansiyası və 12 neft terminalı bazası fəaliyyət göstərir. Xatırladaq ki, YDS-lərdən onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDS-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyinin yoxlanılması imkanı mövcuddur.

“SOCAR PETROELUM” QSC-nin starateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində müasir standartlara cavab verən “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayı dinamik inkişafla artırılır.

Bənzər yazılar

0.11112403869629