Fransa prezidentliyinə namizəd Erik Zemmurun başında yumurta sındırıblar.
MillətinSəsi.info xəbər verir ki, hadisə ifrat sağçı namizədin Fransanın Oksitaniya bölgəsindəki Muassak şəhərinə səfəri zamanı baş verib.
Belə ki, E. Zemmur avtomobildən düşən zaman hadisə yerindəki şəxslərdən biri onun başına yumurta çırpıb. Cangüdənlər dərhal hücum edən şəxsi saxlayıb.
İddia edilir ki, Zemmura yumurta atan şəxsin fiziki məhdudiyyətli övladı var və o bu addımı siyasətçinin Fransada əlilliyi olan uşaqların inklüzivliyi ilə bağlı qıcıqlandırıcı açıqlamalarından qəzəblənərək törədib.