Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov: “Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına aparır”

 19-06-2022

Emin Hüseynov: “Qarabağda 2 764 şagird yerlik dörd məktəb tikilir”

Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına həyata keçirir.

“Report” xəbər verir ki, bunu bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, IX Qlobal Bakı Forumunun panelinin bu gün Şuşada keçirilməsi əlamətdar bir hadisədir, çünki forumda iştirak edən xarici ölkələrin nümayəndələri burada aparılan işlərlə yaxından tanış olur.

E.Hüseynov qeyd edib ki, bu gün qonaqlara ərazilərin bərpası, minalardan təmizlənməsi istiqamətində aparılan işlər və bu prosesin mürəkkəbliyi barədə məlumat verilib.

Emin Hüseynov Şuşada  çıxışı zamanı deyib ki, Qarabağda 2 764 şagird yerlik 4 məktəb tikilir. O qeyd edib ki, müharibədən dərhal sonra ərazilərin minalardan təmizlənməsinə başlanılıb və bu, ərazilərin yenidən qurulması üçün ən böyük çətinlikdir: "Belə ki, 2020-ci ilin noyabrında üçtərəfli sazişin imzalanmasından sonra 224 nəfər mina qurbanı olub".

Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan əraziləri tam təmizlənməyə məruz qalıb: şəhərlər, abidələr dağıdılıb, ekosistem zədələnib.

Bənzər yazılar

0.24248003959656