Bir ilə 380 min vergi borcu yaranan sirli şirkət - “Starveq ST Company”nin rəhbərinə "stop" qoyuldu

 14-08-2023

Ötən il təsis edilən "Starveq ST Company” MMC-nin bir il ərzində külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 379 190,47 manatdır. 

"Starveq ST Company” MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Əliyev İlkin Xanlar oğludur. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Şirkət haqqında da hər hansı məlumata rast gəlinmir. Ümumiyyətlə, "Starveq ST Company” MMC-nin hansı fəaliyyət növü ilə məşğul olduğu bəlli deyil. 

Araşdırmalarımız zamanı bəlli olub ki, şirkətin rəhbərininin ölkədən çıxışı məhdudlaşdırılıb. Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova bununla bağlı qətnamə çıxarıb. Qətnamə çıxarılan vaxt şirkətin 232 642,85 manat vergi borcu olub. 

"Starveq ST Company” MMC-nin rəhbərinə "stop" qoyulması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edib. 

"Starveq ST Company” MMC-nin adına dövlət satınalmalarının elektron portalında da rast gəlinmir. Adətən bu tip şirkətlər tender əməliyyatlarında istifadə üçün yaradılır. Külli miqdarda vergi borcu yarandıqdan sonra ya adı dəyişdirilir, ya da ləğv edilir. 

Bənzər yazılar

0.11142611503601