Məişət texnikası və elektronika məhsullarının satışını həyata keçirən “Soliton LTD” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-cü (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.