“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “M-Kontakt” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “Azərsu” təsərrüfat inventarları və ofis avadanlıqlarının satın alınmasına görə “M-Kontakt” MMC-yə 87 min 13 manat 2 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “M-Kontakt” MMC-nin hüquqi ünvanı Xətai rayonu, İlqar Həbibov, ev 50C -də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramalıyev Mübariz Qəşəm oğludur.