Qida sənayesində aparıcı şirkətlərdən olan “Səba” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
518.1-ci maddəyə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.