"Nurgün Motors" cərimələnə bilər

 11-08-2023

“Nürgun Motor” şirkətin barəsində inzibati iş başlanıb.

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

347-ci maddəyə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

“Nürgun Motor” Şirkətlər Qrupu  1994-cü il oktyabrın 4-də təsis edilib.

Şirkət “Nissan” brendinin Azərbaycanda rəsmi distribütoru kimi tanınıb.

Bənzər yazılar

0.11278414726257