Dövlət Turizm Agentliyinin 768 minlik tanışlıq turu

 09-08-2023

Dövlət Turizm Agentliyi xarici ekspertlər və turizm nümayəndələri üçün tanışlıq turlarının təşkili xidmətlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tendering qalibi “Baku Holiday” MMC olub. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 768 991,84 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Baku Holiday” MMC 8 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Rzayev Ramil Nurəddin oğludur.

Şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Dövlət satınalmalarının vahid electron portalına yerləşdirilən məlumatlara nəzər saldıqda məlum olur ki, şirkət tenderlərdə aktiv iştirak edir. “Baku Holiday” MMC adətən dövlət qurumlarının iri məbləğli tenderlərinin qalibi olur. 

Bənzər yazılar

0.10983395576477