"Ovçular” Leş Tofiqə görə onları məhkəməyə verdi - VİDEO

 05-08-2023

"Ovçular Ət və Ət məhsulları” MMC keçmiş işçilərini məhkəməyə verib. 

Valyuta.az-ın məlumatına görə, şirkət Qaziyeva Sevinc Tofiq qızı, Cəfərova Lalə Haqverdi qızı, Tağıyeva Elnurə Fərhad qızı və Seyidov Mirkənan Mirsənan oğlu barəsində məhkəmədə mənəvi zərərin ödənilməsinə dair iddia qaldırıb. 

İşə Abşeron Rayon Məhkəməsinin hakimi Elman Məmmədovun sədrliyi ilə baxılacaq. 

Qaziyeva Sevinc Tofiq qızı videomüraciət yayaraq, 2016-ci ildən 2020-ci ilə kimi "Ovçular Ət və Ət məhsulları" MMC-də eyni zamanda üç vəzifədə çalışıb, hələ üstəlik həkimlik vəzifəsini də icra edib, kimya elimləri namizədi olduğunu bildirib:

"Mən işə təzə başlayanda əti analizin etməyə icazə vermirdilər.

Daha sonra Sevinc Qaziyeva bildirdi ki, bir gün əti analiz edəndə mikrob çıxıb. Bu barədə müdiriyyətə məlumat verdim, buna çox qeyi-adi bir münasibət bəslədi, məni günahkar çıxararaq, iradla bildirdi ki, əti Qida Təhlükəsizliyi Agentliyi yoxlayıb, sən niyə yoxlayırsan? Daha sonra müəssisəyə gələn əti məni bir daha yoxlamağa icazə vermədilər.

Baytar vəzifəsinə təyin olunandan sonra isə kəskin şəkildə dedilər ki, sən əti yoxlamayacaqsan. Etiraz etdim, "mən baytaram, ətin emalını yoxlamağa niyə icazə vermirsiz" dedim. Səbəbini  izah edə bilmədilər, daha sonra başa düşdüm ki, bunlar oradan-buradan mənşəyi məlum olmayan ətlər alırlar, onun içində "Leş Tofiq"in də ətləri olur. Əsasən ətlər "Leş Tofiq" kimi tanınan şəxsdən alınır".

Vüqar

Bənzər yazılar

0.11197805404663