“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Crocusoft” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “Azərsu” “Elektron Su” portalının mobil tətbiqinin hazırlanmasına görə “Crocusoft” MMC-yə 200 min 305 manat ödəyəcək.
Məlumatda qeyd olunub ki, bu vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması məqsədilə həyata keçirilir.
Nizamnamə kapitalı 5 manat olan “Crocusoft” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Əhmədli ŞTQ, Sadıqcan, ev 27, m. 125-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babakişiyev Rüfət Sənan oğludur.