Çörəyə insan və donuz tükü qatılır? - Video

 03-08-2023

Azərbaycanda satılan çörəyin tərkibinə donuz və insan tükünün qatılması iddiaları yenidən gündəmə gəlib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, çörəyə donuz və insan tükünün qatılmasına rəsmi olaraq icazə var və buna icazə verə bilən insanlar isə susurlar:

“Bu qatqılar yumşaq və elastik çörəklərdə mövcuddur”.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən iddia ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, yayılan məlumatlar qeyri-ciddidir və iddia edilən məsələ ilə bağlı əgər hansısa bir əmtəə nişanında, çörək istehsalı müəssisəsində, satış şəbəkəsində fakt varsa, xahiş olunur agentliyə təqdim etsinlər. AQTA həmin məlumatları dərhal nəzarətə götürərək araşdıracaq.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən çörək məhsullarının yoxlanılması zamanı media və sosial şəbəkə hesablarında qeyd olunan qida əlavəsi aşkarlanmayıb.

Laborator müayinə nəticələri uyğunsuz olan (kif və maya göbələkləri aşkarlanan) çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:

  • 1. "Magnat Group" MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a
  • 2. Fiziki şəxs Yusubova Təhminə Yusub qızı Abşeron rayonu, Məhəmmədi kəndi
  • 3. Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30
  • 4. Fiziki şəxs Hacıyev Fazil Bəhlul oğlu Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7
  • 5. Fiziki şəxs Rəcəbov Qurban Malik oğlu Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27
  • 6. Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı Gəncə şəhəri, N.Nərimanov küçəsi 54
  • 7. “Arizoğlu” MMC Gəncə şəhəri, 1-ci mkr
  • 8. “Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi Füzuli rayonu, Horadiz şəhəri
  • 9. "Bərdə-Çörək" ASC Bərdə rayonu, S.Vurğun küçəsi 18
  • 10. Fiziki şəxs Məmmədova Arzu Nəsir qızı Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov küçələrinin kəsişməsi
  • 11. Əhmədov Elnur Namizəd oğlu Yevlax şəhəri, H.Əliyev prospekti 101.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Bənzər yazılar

0.26741504669189