“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) Ədliyyə Nazirliyini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, ASC-nin iddiası Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatındadır.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Hüseyn