“Almur” gömrük qaydalarını pozdu, 1500 manat cərimə edildi

 02-08-2023

Məhkəmə “Almur” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində şikayətə baxıb.

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. 

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Məhkəmənin qərarı ilə şirkət Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Mütahir Abdullayev Abdullayeviçdir.

Bənzər yazılar

0.10966491699219