“Azsığorta” ASC “Laguna” MTK tikinti şirkətini məhkəməyə verdi

 02-08-2023

“Laguna” Mənzil Tikinti Kooperativi (MTK) məhkəməyə verilib. 

Valyuta.az xəbər verir ki, iddiaçı “Azsığorta” ASC-dir. İşin mahiyyəti barədə açıq mənbələrdə məlumat yoxdur. Bəzi iddialara görə, şirkətlərin üz-üzə gəlməsi sığorta öhdəlikləri ilə bağlıdır. 

“Azslğorta” ASC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. 

"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Bənzər yazılar

0.11062812805176