"Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, Bayramov Famil Əmurulla oğlu şirkətdən subroqasiya qaydasında pul tələb edir.
İşə Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, subroqasiya dedikdə sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsi nəzərdə tutulur.
Məsələn, avtomobilini sığorta etdirmiş şəxs yol-nəqliyyat hadisəsinə məruz qalır və hadisənin iştirakçısı olan digər sürücünün təqsiri üzündən sığortalanmış avtomobilə 800 manat məbləğində zərər dəyir. Şəxs sığortaçıya müraciət edir və 800 manat sığorta ödənişi alır. Sığortaçı sığorta ödənişini verdikdən sonra ödədiyi məbləği yolnəqliyyat hadisəsində təqsirli olan sürücüdən tələb etmək hüququ əldə edir. Şəxsdən həmin təqsirli sürücüyə qarşı bu cür tələb irəli sürməsi hüququnun sığortaçıya keçməsi subroqasiya adlanır.