SOCAR-ın vitse-prezidentləri vəzifələrindən azad edildi

 28-07-2023

Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncamlar imzalayıb.

Prezidentin digər Sərəncamları ilə İsmayıl Fikrət oğlu Zərgərli, Babək Elbəniz oğlu Hüseynov, Anar Fərruh oğlu Məmmədov, Əfqan Elçin oğlu İsayev və Ziba Tacəddin qızı Mustafayeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunub.

Həmçinin, Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Bənzər yazılar

0.11162900924683