“Hacı Kredit İttifaqı” MMC-nin rəhbərinin ölkədən çıxışına stop qoyula bilər

 28-07-2023

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Hacı Kredit İttifaqı” MMC-nin İdarə Heyətinin sədri Emil İbadovu məhkəməyə verib. 

Valyuta.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. 

İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan ibarətdir. 

“Hacı Kredit İttifaqı” MMC-nin bu günə olan vergi borcu 1303.45 AZN-dir. 

Sözügedən MMC 5 aprel 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4000 AZN-dir. Emil İbadov şirkətin qanuni təmsilçisidir. 

2012-ci ilin avqustunda Mərkəzi Bankı MMC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verib. 

Bənzər yazılar

0.10943603515625