İş adamı Sahibkarlinin İnkişafı Fondunu məhkəməyə verdi - Kredit qalmaqalı

 28-07-2023

Sahibkarlığın İnkişafı Fondu məhkəməyə verilib. 

Valyuta.az xəbər verir ki, iddiaçı Hüseynov Ramil Əli oğludur. 

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatındadır. 

Araşdırmalarımız zamanı məlum olub ki, Ramil Hüseynov iş adamıdır. Onun fermer təsərrüfatı var. Bir neçə il əvvəl Ramil Hüseynov güzəştli kredit götürmək üçün Sahibkarlığın İnkişafı Fonduna müraciət edib. Fond iş adamının biznes layihəsini dəyişərək ona istədiyi məbləğdən əhəmiyyətli dərəcədə az kredit verib. Həmçinin Ramil Hüseynova bildirilib ki, görülən işlərin monitorinqi aparılacaq. Əgər monitorinqin nəticələri müsbət olarsa, yəni, Ramil Hüseynov krediti təyinatı üzrə səfr edərsə, o zaman ona yenidən güzəştli kredit ayrılacaq. 

İş adamı bütün öhdəliklərə əməl etsə də, Fond vədini unudub. Bundan sonra Ramil Hüseynovla Fond arasında mübahisə yaranıb. 

Əldə etdiyimiz məlumata görə, bütün bunlar Fondun keçmiş rəhbəri Şirzad Abdullayevin dönəmində baş verib. 

Ramil Hüseynov dəfələrlər məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. İş adamı biznes layihəsinin saxtalaşdırıldığını, ondan əlavə kredit üçün rüşvət tələb edildiyini açıqlayıb. Bu barədə mediada da kifayət qədər məlumatlar dərc edilib. 

Bənzər yazılar

0.1144711971283