Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.
“Seçkilərin tarixi bəllidir. Noyabr ayında seçki olmayacaq, gələn ilin iyun ayında keçiriləcək”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bir müddət öncə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Cümhur İttifaqının namizədi kimi irəli sürüb.
Mənbə: TRT