Prezident İlham Əliyev Mirşahin Ağayevin sualını belə cavablandırdı - VİDEO

 22-07-2023

Xəbər verdiyimiz kimi, ötən gün “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev forumda iştirak edib və sualları cavablandırıb.

Dövlət başçısına sual verənlər arasında xarici media nümayəndələri ilə yanaşı “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev də olub.

O, “sualım Sizin əlinizin işarəsi ilə bağlıdır. Bu, belə də olur, əl uzadırsınız və belə də olur “Dəmir yumruq”. Bu bəyanatı biz Şuşada çox eşitmişik və hər dəfə də bu bəyanatın real əks-sədasını, təsirini görmüşük. Sualım bu gün Şuşadan bir az da üzüaşağıdır, Xankəndi tərəfədir. Bilirsiniz ki, separatçı qüvvələrin tör-töküntüləri orada müəyyən hadisələr törədirlər, dezinformasiyalarla məşğuldurlar. Guya ki, Azərbaycan kimlərisə, nələrisə blokadada saxlayır. Baxmayaraq ki, bu yaxınlarda mən Laçın yolunda “Mirşahinin vaxtı”nın xüsusi buraxılışını hazırladım və orada da hər şeyi gördülər ki, “Qırmızı Xaç” maşınları necə gəlib keçir oradan, insanlara münasibət nə qədər ilıqdır, mülayimdir. Bunlar öz yerində. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”nın qarşısında duran vəzifələr sırasında məhz bu tipli dezinformasiyalarla mübarizədən ötrü Siz bizdən nə tələb edirsiniz? sualını səsləndirib.

Prezident isə onun sualına maraqlı cavab verib: “Sözün düzü, mən bundan bir qədər uzağam. Çünki Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin”.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.31609296798706