Ötən il 98 nəfərin diplomu SAXTA ÇIXIB

 10-06-2022

Ötən il 98 nəfərin diplomunun saxta olduğu müəyyən edilib.

MillətinSəsi.info Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında qeyd edilib.

Bildirilib ki, 2021-ci ildə 936 şəxsə aid 6 magistr, 751 bakalavr, 3 orta ixtisas və 176 yenidənhazırlanma diplomlarının həqiqiliyinin yoxlanması üçün Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyinə sorğular göndərib. Nəticədə 98 nəfərin diplomunu hüquqi əsası olmadığı müəyyən edilib. Bunlardan 85-i bakalavr, 2-si orta ixtisas və 11-i yenidən hazırlanma üzrədir.

Hüquqi əsası olmayan diplomlarla bağlı məsələlərə hüquqi qiymət verilməsi üçün Mərkəz tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Müraciətə cavab olaraq diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü bildirilib.

Bənzər yazılar

0.21093511581421