Körpəsini zibil qutusuna atan ananın yaxınları danışdı - VİDEO

 19-07-2023

İyulun 17-də 15 günlük körpəsini zibil qutusuna atan Səbinə Qasımova ilə bağlı ətraflı məlumat əldə etmək üçün Baku TV-nin əməkdaşı onun qeydiyyatda olduğu ünvanda olub.

Məlum olub ki, paytaxtın Hövsan qəsəbəsindəki ünvanda SəbinəQasımovanın keçmiş qayınatası və qayınanası yaşayır. Onlar əvvəlcə Səbinə Qasımovanın onların gəlini olduğunu inkar ediblər.

Lakin söhbət əsnasında Səbinə Qasımovanın onlara 11 il gəlinlik etdiyini, bu izdivacdan bir oğul nəvələrinin olduğunu etiraf ediblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Qeyd edək ki, körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
 
 

Bənzər yazılar

0.31190299987793