İspaniyada ölkənin cənubunda yerləşən Əndəlüsdə baş verən meşə yanğını səbəbilə 3 minə yaxın insan təxliyə edilib.
Bu barədə “El Pais” məlumat verib.
Yanğın çərşənbə günü Pujerra dağının yamaclarında başlayıb və 2000 hektar ərazini əhatə edib.
Çərşənbə günü axşam səlahiyyətlilər evakuasiyaya başlayıb, insanlar Malaqa əyalətinin beş rayonundan çıxarılıb, əksəriyyəti qohumlarının yanına və ya otellərə yerləşdirilib.
Yanğınla mübarizəyə 1000-ə yaxın yanğınsöndürən cəlb olunub, onlardan 3-ü xəsarət alıb və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Meteoroloqlar yaxın günlərdə intensiv istilərin olacağını, temperaturun 30 dərəcəni keçəcəyini və həftəsonu yüksəlməyə davam edəcəyini proqnozlaşdırırlar.
Mənbə: Evropeyskaya pravda