Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatının nümayəndələri tərəfindən dörd “YouTube” bloqeri saxlanılıb.
Bloqerlər əsasən dini mövzularda müxtəlif satirik videolar hazırlamaqla məşğul olublar.
Saxlanılan bloqerlər dini dəyərlərə qarşı apardıqları fəaliyyətə görə üzr istəyərək gəncləri onlardan nümunə götürməməyə çağırıblar.
Hələlik saxlanılan şəxslərə hansı cəzanın veriləcəyi barədə məlumat verilməyib.
Mənbə: Sputnik Əfqanıstan