Türkiyənin İzmir şəhərində minik avtomobili yolu keçmək istəyən ananı və onun iki azyaşlı uşağını vurub.
Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Gənc ana və uşaqları hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıblar.
Onların xəsarətlərinin ciddi olmadığı bildirilir.
Mənbə: İhlas Haber Ajansı (İHA)