İrəvan hava limanında BOMBA HƏYACANI

 08-06-2022

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına partlayıcı qurğunun qoyulması barədə siqnal daxil olub.

“İyunun 8-də saat 14:54-də Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Milli Mərkəzə İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub”, - nazirlikdən bildirilib.

Hadisə yerinə xilasedicilər, kinoloqlar, yanğınsöndürənlər və minaaxtaranlar cəlb edilib. Sonradan siqnalın yanlış olduğu məlum olub.

Hazırda hava limanı fəaliyyətini həmişəki qaydada davam etdirir.

Mənbə: “Sputnik Armenia”

Bənzər yazılar

0.23949503898621