“Ata-anamın kəndində, qohumlarımın əhatəsindəyəm” - Natəvan Babayeva

 08-07-2023

“Hazırda rayondayam. İstirahət edirəm. Ata-anamın kəndində, qohumlarımın əhatəsində özümü yaxşı hiss edirəm”.

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayeva News24.az-a sağlıq durumu ilə bağlı  açıqlama verib: 

"Səhhətimdə yaranan problemə görə bir gün telefonuma baxa bilmədim. Vəziyyətim yaxşılaşanda gördüm ki, tanıyan-tanımayan hər kəs narahat olub. Hələ də zəngləri, mesajları cavablayıram. Gördüm ki, məni nə qədər sevən insan varmış. Yaranan fürsətdən istifadə edib demək istəyirəm ki, narahat olmasınlar. İndi özümü yaxşı hiss edirəm. Hazırda rayondayam. İstirahət edirəm. Ata-anamın kəndində, qohumlarımın əhatəsində özümü yaxşı hiss edirəm. Mesaj yazan, halımı soruşan, narahat olan hər kəsə təşəkkür edirəm! Hamınızı sevirəm". 

Qeyd edək ki, Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayevanın səhhətində problem yaranıb. Bir neçə ildir onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşib.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcılarından biri olub.

Bənzər yazılar

0.35656809806824