Banqladeşdə baş verən yanğında 17 nəfər ÖLÜB, yüzlərlə insan xəsarət ALIB - VİDEO

 05-06-2022

Banqladeşin Çittaqonq şəhərində konteyner anbarında yanğın olub.

Konteyner anbarında baş verən yanğında azı 17 nəfər ölüb, 170-ə yaxın insan yaralanıb.

Bu barədə yerli polisin rəhbəri Abul Kalam Azad məlumat yayıb.

"Hazırda 17 nəfər ölüb. Ən azı 40 yanğınsöndürən və 10 polis də daxil olmaqla 170-ə yaxın insan yaralanıb. Hadisə üç yanğınsöndürən ölüb", - o deyib.

Yaralılar xəstəxanalara çatdırılıb.

Bənzər yazılar

0.28604292869568