Dünyaca məşhur ifaçı Meraya Kerinin “All I Want for Christmas Is You” mahnısının plagiat olduğu iddia edilib. Bəstəkar Endi Stoun müəlliflik hüquqlarının pozulması ilə bağlı ondan 20 milyon dollar məbləğində təzminat tələb edir.
Stounun sözlərinə görə, o, “All I Want For Christmas Is You” mahnısını müğənni eyniadlı milad hitini buraxmamışdan xeyli əvvəl - 1989-cu ildə Neşvildə yazıb, 1993-cü ildə isə mahnı radioda yayımlanıb. Həmin vaxt o, mahnıya klip də çəkdirib.
Kerinin treki isə 1994-cü ildə debüt edib.
Mahnıların sözləri və musiqisi fərqli olsa da, iddiaçı onun razılığı olmadan icad etdiyi addan istifadə etdiyinə görə Meraya Keridən 20 milyon dollar təzminat tələb edir.
Mənbə: TMZ