Evlilik kişilərin sağlamlığına faydalı olsa da, gəlirlərinin artmasına səbəb olmur. Alimlər çox məşhur bir fərziyyəni təhlil edib.
Medicina.az xəbər verir ki, Almaniyanın Technische Kaiserslautern və Münhen Universitetinin alimləri tərəfindən aparılmış yeni araşdırma, evlənən kişilərin daha çox pul qazanması ilə bağlı fikri əsassız hesab edib.
Ənənəvi olaraq, evli kişilər ailəni dolandırmaq üçün gəlirlərini artırmağa çalışırlar.
Bununla belə, ABŞ-dan olan 4000-dən çox kişi haqqında məlumatın öyrənilməsi ailə həyatının kişilərin gəlirlərinə heç bir təsir göstərmədiyini sübut edib.
Kişinin evləndikdən sonra ev işlərində həyat yoldaşının dəstəyini alaraq karyerasında yüksəlməsi fikrini də təsdiqini tapmayıb.
Araşdırmanın nəticələri göstərir ki, daha çox pul qazanan, eləcə də karyera nərdivanını uğurla yüksəldən kişilərə ailə həyatı motivasiya vermir.
Amma istisna etmək olmaz ki, nikaha daxil olan qadınlar qazanclı kişilərlə maraqlanır. Buna görə də toydan sonra bəzi kişilər daha çox qazanmağa çalışır.