Qirassi Çempionlar Liqasının bombardiri oldu

 16-04-2025

Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə qarşılaşmada het-trik edən (3:1) “Borussiya Dortmund”un hücumçusu Seru Qirassi kataloniyalıların cinah oyunçusu Rafinyanı keçərək, bu mövsüm turnirin bombardiri olub.

MillətinSəsi.İnfo xəbər verir ki, hazırda Qirassinin Çempionlar Liqasında 13 qolu var. Bombardirlər siyahısında ikinci olan Rafinya 12 qol vurub. İlk üçlüyü isə 11 qol vuran “Barselona”nın hücumçusu Robert Levandovski tamamlayır.

Digər tərəfdən, Qirassi əsas avrokubok turniri tarixində afrikalılar arasında yeni qol rekorduna imza atıb. Belə ki, Qirassi Çempionlar Liqasında bir çempionatda 13 qol vuran tarixdə ilk afrikalı olub.

Çempionlar Liqası zamanı ümumi qol sayını götürsək, ən çox qol vuran “Liverpul”dan Məhəmməd Salahdır.

Qeyd edək ki, ümumilikdə, Qirassi bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 28 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulur

Xatırladaq ki, “Transfermarkt” portalı Seru Qirassinin transfer dəyərini 40 milyon avro qiymətləndirir.

Bənzər yazılar

0.068483114242554