Gəncədə kişi arvadını ÖLDÜRÜB: Səbəbi QISQANCLIQ

 04-06-2022

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ərdəbil küçəsində qeydə alınıb.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın xəstəxanada keçinib. İlkin məlumata görə, 32 yaşlı G.Həsənova həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Gəncədə həyat yoldaşını qətlə yetirən kişi tutulub. Hadisəni şəhər sakini, 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun törətdiyi məlum olub.

Sabir Şabanovun qısqanclıq zəminində həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

 

Bənzər yazılar

0.31657290458679