Bakıda qadın sürücünün törətdiyi qəzanın görüntüləri - VİDEO

 24-06-2023

Dünən saat 04 radələrində Bakıda moped sürücüsünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Ölkə.az” xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən çəkilmiş görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, 1985-ci il təvəllüdlü Babayeva Yeganə Elçin qızı idarə etdiyi “BMW” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib. O, Nəsimi rayonu, Ceyhun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində mopedi vurduqdan sonra avtomobili yol kənarında park edilmiş digər nəqliyyat vasitələrinə çırpıb. Nəticədə Y.Babayevanın maşını həmin avtomobillərin üzərinə çıxıb.

Hadisə nəticəsində mopedi sürən 28 yaşlı Səmədov Kamran Əlsəfa oğlu hadisə yerində ölüb.

Faktla bagli Nəsimi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Bənzər yazılar

0.36951804161072