Rusiya XİN 41 Kanada vətəndaşını “stop-siyahı”ya DAXİL EDİB

 03-06-2022

Rusiya Xarici İşlər Nazirliyi 41 Kanada vətəndaşını “stop-siyahı”ya daxil edib.

Bu barədə Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Rəsmi Ottavanın mayın 8-də Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə, hərbi rəhbərlərə və işgüzar dairələrin nümayəndələrinə qarşı elan etdiyi növbəti anti-Rusiya personal sanksiyalarına cavab olaraq, sıralarında Ukraynadakı ultra-millətçi qüvvələri dəstəkləyən təşkilatlar, eləcə də yüksək rütbəli hərbçilər olan Kanada vətəndaşlarının Rusiyaya girişi həmişəlik bağlanıb”, - deyə məlumatda bildirilir.

İlk növbədə Kanada Ukrayna Konqresinin (UUK), Ümumdünya Ukrayna Konqresinin (WUC) direktorlar şurasının üzvləri və müxtəlif maliyyə təşkilatlarının üzvlərinin Rusiyaya girişi qadağan olunub. Bundan əlavə, Kanada Müdafiə Nazirliyinin rəsmiləri də Rusiya sanksiyalarına məruz qalıb.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.27062606811523