Erməni biznesmen Moskvanın mərkəzində QƏTLƏ YETİRİLİB – ANBAAN VİDEO

 03-06-2022

Rusiyanın paytaxtı Moskvada erməni biznesmen, 62 yaşlı Ohanes Kamaryan killer tərəfindən qətlə yetirilib.

Qanlı olay ərazidə olan təhlükəsizlik kamerası tərəfindən də qeydə alınıb.

Görüntülərdə silahlı şəxsin iş adamına bir neçə dəfə atəş açdığı görünür.

Hadisə vaxtı Ohanes Kamaryanın yanında gənc qadının olduğu da görünür. Lakin qatil onu hədəfə almır.

Mətbuat yazır ki, Ohanes Kamaryan Ermənistanda qətl təşkil etməyə cəhd göstərdiyi üçün axtarışa verilmişdi.

Eyni zamanda qeyd olunur ki, O.Kamaryanın bütün aktivləri övladlarının adına olub.

Məlumatda həmçinin qeyd olunur ki, onun oğlu Xaçatur Kamaryan Rusiyanın ən böyük polimer məhsulları istehsalçılarından biri olan “Gavary Group”un rəhbəridir.  

Mənbə: MSK1.RU

Bənzər yazılar

0.22036290168762