5 nəfərin ölümünə görə saxlanılan Mahmud Əzizova 6 il həbs cəzası verildi

 17-06-2023

2 il əvvəl – 13 oktyabr 2021-ci il tarixində Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb və hadisə nəticəsində 5 nəfər həyatını itirib, 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Yeniavaz.com xəbər verir ki, 5 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra saxlanılan yük maşınının sürücüsü Mahmud Əzizova Bakı Ağır Cinayətlər Məhkəməsinin qərtarı ilə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. Mahmud Əzizov həmin vaxt Bakı Mühəndislik Universitetinin ikinci kurs tələbəsi olub.

Bənzər yazılar

0.41641998291016