Yolda bacısı ilə əl-ələ gördüyü oğlanı maşınla vurdu - Qətlin təfərrüatı 

 13-06-2023

Bakıda qonşusunu maşınla vuraraq öldürməkdə təqsirli bilinən Murad Baxşıyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Milletinsesi.info xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. 29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi "VAZ 2107" markalı avtomobillə tanışı və qonşusu 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.

Hadisə zamanı ölən şəxsin yanında Murad Baxşıyevin bacısı Vüsalə Baxşıyeva da olub və o da xəsarət alıb. İttihama görə, Murad bacısının mərhum Rəşadın münasibətini öyrənib. Bu məqsədlə də onu öldürmək istəyib.

Əməliyyat tədbirləri nəticəsində cinayəti törtəməkdə şübhəli bilinən Murad Baxşıyev saxlanılıb.

İş üzrə dindirlmiş Nurad Baxşıyev ifadəsinə bildirib ki, Buzovna qəsəbəsində anası, bacısı və onun övladı ilə yaşayıb. Özünə məxsus atomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub. Anası qəsəbədə yerləşən istixanada fəhlə, bacısı Nizami rayonunda ayaqqabı sexində toxucu işləyiblər.

Vüsalə axşam satlarında işdən avtobusla qayıdanda onu qəsəbədə yolun kənarında qarşılayıb evə aparıb. Rəşad Əliyev onunla birlikdə işləyib. Vüsalənin deməsinə görə, Rəşadin Buzovna qəsəbəsində qohumları yaşadığına görə o, ara bir onların evində qalıb. Yolları eyni istiqamətdə olduğundan qəsəbəyə birgə gəliblər. 

2019-cu  il iyunun 23-ü saat 21:00 radələrində bacısı zəng edib "Koroğlu" metrostansiyasında olduğunu və 107 nömrəli marşrut avtobusu ilə qəsəbəyə gələcəyini söylədikdə o, avtomobillə müştəri apardığını və özünün evə getməsini deyib. 

Təxminən 1 saatdan sonra Vüsalə təkrar zəng edərək Buzovna qəsəbəsinə iş yoldaşı Rəşadla gəldiyini və marşrutdan düşdüyünü bildirib. Murad ərzaq mağazasından çıxaraq yaşadığı evə yollanıb. Əsas yoldan Məlikova küçəsinə sürətlə dönəndə idarəetməni itirərək avtomobilin ön hissəsi yolun kənarındakı yaşayış evinin divarı istiqamətində fırlanıb. Dönən zaman əyləc əvəzinə sürət artırıcı pedala ayağını basıb. Avtomobil hasarın yanı ilə hərəkət edən qızla oğlana dəyib və hər ikisi yerə yıxılıb. Maşından düşəndə qızın Vüsalə, oğlanın isə Rəşad olduğunu bilib. Vüsalə yerdən ayağ qalxıb, Rəşad avtomobillə divarın arasında sıxılmış vəziyyətdə qalıb. Dərhal avtomobili geri çəkmək istəsə də, mühərrik işə düşməyib. Avtomobilin yük hissəsindən su götürüb ayılması üçün Rəşadın üzünə töküb. Polis əməkdaşları hadisə yerinə yaxınlaşıb nə baş verdiyini soruşub. Təcili tibbi yardım işçiləri gələnə qədər Rəşadın öləcəyini zənn edib avtomobili işə salıb geri çəkib. 

Həmin gün başı ağrıdığına görə avtomobildə olan dərmanlardan birini içib. Dərman ağ rəngdə olub. Onun psixatrop maddə olduğunu bilməyib. Əvvəllər həmin həblərdən istifadə etməyib. Polis əməkdaşlarına idarəetməni itirdiyini deyib. Onu polis şöbəsinə aparıblar. Bildirdiyinə görə hadisəni əvvəlcədən planlaşdırmayıb. Bacısı ilə iş yoldaşının münasibətlərinin necə olmasından xəbəri olmayıb.    

Zərərçəkmiş şəxsin hüquqi varisi Zakir Əliyev ifadəsində göstərib ki, təxminən 10 il Bakıda yaşayan oğlu Rəşad müxtəlif yerlərdə fəhlə işləyib. Mütəmadi olaraq Xaçmaz rayonuna evlərinə gəlig-gedib. Hadisədən bir neçə ay əvvəl ayaqqabı sexində işləməyə başlayıb. 
İyunun 24-də Rəşadın qətlə yetirildiyini bilib. Hadisənin səbəbi ilə maraqlandıqda Rəşadın Muradın bacısı Vüsalə ilə yolla gedən vaxt onun qəsdən avtomobili oğlunun üzərinə sürərək vurub öldürdüyünü öyrənib. 

Zərərçəkmiş şəxs qismində dindirilmiş Vüsalə Baxşıyeva bildirib ki, "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında ayaqqbı sexində işləyib. 

May ayının axırlarında işdən çıxanda hava qaranlıq olduğundan iş yoldaşı onu evə qədər yola salacağını deyib. Əziyyət çəkib uzun yolu ona görə getməməsini söylədikdə Rəşad özünündə Buzovna qəsəbəsinə gedəcəyini və onu da evə ötürəcəyini bildirib. İlk dəfə həmin gün Rəşad onu evə qədər yola salıb. Anası və qardaşı bunu görməsələr də, bu barədə onlara danışıb. 
Təxminən 1-2 həftədən sonra Rəşaddan sevgisinin nə qədər ciddi olub olmadığını soruşduqda iş yoldaşı ona qarşı hisslərinin ciddi, bir-birilərini tanımaq üçün vaxt lazım olduğunu bildirib. 

İyunun 23-də işdən çıxıb Rəşadla metro ilə "Koroğlu"stansiyasına, oradan avtobusla qəsəbəyə gəliblər. Məlikova küçəsində avtobusdan düşdükdən sonra piyada hərəkət ediblər. Həmin vaxt Rəşad onun əlindən tutub. 

Təxminən 10 metr getdikdən sonra arxadan müsiqi səsi gələn avtomobilin magistral yoldan dönüb üzərilərinə gəldiyini görüb. Nəqliyyat vasitəsinin ön hissəsi hər ikisinə dəyib. O, özünü kənara ataraq yerə yıxılıb. Ayağa qalxanda Rəşadın avtomobillə divarın arasında sıxılmış vəziyyətdə qaldığını, sürücünün isə qardaşı Murad olduğunu görüb. 

Zərərçəkmiş qeyd edib ki, telefonla danışanda qəsəbəyə Rəşadla gəldiyini qardaşına deyib və Murad onun yanında iş yoldaşının olduğunu bilib. 

Məhkəmə psixatrik və psixoloji ekspertizasının rəyinə görə Murad Baxşıyev hadisə vaxtı fizioloji affek vəziyyətində olmayıb.

Məhkəmə iclasında Murad Baxşıyev ittihamlar üzrə özünü təqsirli bilməyib. 

Zərərçəkmiş Vüsalə Baxşıyeva bildirib ki, təqsirləndirilən şəxsə barışıb və oan qarşı şikayəti yoxdur. 

Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin törətdiyi əməl CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29.120.2.2-ci və 2.7-ci (xuliqanlıq niyyəti ilə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə düzgün tövsif edilib. 

Sonda məhkəmənin hökmü ilə Murad Baxşıyev 17 il müddətinə azadlıqdan məhrum olunub. 

 

Bənzər yazılar

0.35491108894348