Almaniyada Aşağı Saksoniyanın DİN rəhbəri rusiyalı oliqarxların əmlakını müsadirə etməyə ÇAĞIRIB

 02-06-2022

Aşağı Saksoniyanın daxili işlər naziri Boris Pistorius Rusiya oliqarxlarının aktivləri və onların müsadirə edilməsi ilə bağlı Kanada təcrübəsindən yararlanmağa çağırıb.

“Biz Kanadadan nümunə götürməliyik və nəinki Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısında olan oliqarxların aktivlərini dondurmalı, həm də onları müsadirə edib humanitar yardım və Ukraynanın bərpası üçün istifadə etməliyik”, - deyə Pistorius bildirib.

Siyasətçi bu prosedurun təkcə oliqarxlara deyil, həm də onların sanksiyalardan yan keçməsinə kömək edən hər kəsə şamil olunmasını tələb edib.

Mənbə: Evropeyskaya pravda

Bənzər yazılar

0.32462596893311