Prezident İlham Əliyev: “Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb” - VİDEO

 01-06-2022

“Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində deyib. 

“Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.

Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir.

Lakin, söylədiyim kimi, həmin vaxt enerji təhlükəsizliyi tam təmin edilməmişdir. Elektrik enerjinin və qazın təchizatında fasilələr yaranırdı. Enerjinin verilməsi dayanırdı. Biz ürəkdən çalışmağa başladıq ki, öz enerji təhlükəsizliyimizi təmin edək. Bu iş icra olundu. Eyni zamanda, paralel olaraq, biz neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə beynəlxalq sərmayədarlarla, dünyanın aparıcı enerji şirkətləri ilə fəal işləyirdik”, - deyə İlham Əliyev qeyd edib.

Bənzər yazılar

0.4420018196106