Leninqrad vilayətindəki bir kəndindən olan rusiyalı hərbçi Anton Fedoseyev əməliyyat üçün pul toplamaq məqsədilə Ukraynadakı müharibəyə yollandığı məlum olub.
21 yaşlı MAXE 2022-ci ilin mayında Xarkov yaxınlığında ölüb.
Fedoseyev anadangəlmə üz qüsuru ilə doğulub və daim plastik əməliyyat etdirmək və hamı kimi olmaq xəyalı ilə yaşayıb.
Lakin kənd yerində onun daimi və sabit qazancı olmayıb.
Anton Volosovski rayonunun Bolşoy Sabsk kəndində çoxuşaqlı ailədə böyüyüb. Onun iki qardaşı və bir bacısı olub. 2004-cü ildə atası vəfat etdikdən sonra uşaqları anası tək böyüdüb. Ağır yükə dözməyən qadın içkiyə qurşanıb.
Məktəbdə oxuyarkən gələcək hərbçi iki ilini sosial xidmət mərkəzində keçirib. Mərkəzin pedaqoqlarının sözlərinə görə, Fedoseyev mərkəzin digər şagirdlərindən fərqli olaraq, çox məsuliyyətli olub və yaxşı oxuyub. Tərbiyəçilərin dediyinə görə, o, heç vaxt zorakılığa əl atmayıb və həmişə mövcud münaqişələri dayandırmağa çalışıb.
2020-ci ilin yayında texniki məktəbdə traktor sürücüsü kimi təhsilini başa vuran Fedoseyev hərbi komissarlıqdan çağırış aldı. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün müqavilə bağlayıb. Onun bacısı Alyona bunun qardaşı üçün pul qazanmağın yeganə real yolu olduğunu söyləyib.
Fedoseyevin bacısının dediyinə görə, mayın əvvəlində Anton ona zəng edərək yaxşı maaşı aldığı barədə danışıb, bunun sayəsində indi anasına maddi yardım edə biləcəyini deyib. Lakin mayın 19-da o, Xarkov vilayətində ölüb və bir neçə gün sonra dəfn edilib.
Mənbə: “Sever.Realii”