Qubadlıda çayın sahilində bir tondan artıq çətənə bitkisi aşkar edilib - VİDEO

 03-06-2023

Qubadlıda çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Davudlu kəndi ərazisində xidmətdə olan zaman Bərgüşad çayının sahilində çətənə kolları aşkar ediblər.

Əraziyə Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə RPŞ-nin istintaq qrupu baxış keçirib.

Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 tondan artıq 1 673 ədəd çətənə bitkisi müəyyən edilib və təhlükəsizlik tədbirlərinə riayət edilməklə toplanaraq yandırılma üsulu ilə məhv edilib.

Bənzər yazılar

0.41040587425232