Türkiyənin Bartın bölgəsində ayının hücum etdiyi kişi təsadüf nəticəsində həyatda qala bilib.
Hadisəni nəql edən 52 yaşlı Ramazan Kadıncı bildirib ki, meşəyə heyvanlarının ardınca gedərkən qarşısına ayı çıxıb:
“Hücum edərək qolumdan, belimdən, böyrək nahiyəmdən dişləməyə başladı. Əvvəl qışqırsam da, daha sonra halsız vəziyyətdə yerə sərildim. Bəlkə də, artıq öldüyümü zənn edib məndən uzaqlaşdı”.
R.Kadıncı ayının onun bir inəyini parçaladığını və başqa bir həmkəndlisinin arı təsərrüfatına ziyan vurduğunu da bildirib.
“Telefonla oğluma zəng etdim. O, taksi ilə yanıma gəldi, sonra da xəstəxanaya yollandıq. Bədənimə 60 tikiş qoyulub”.
Mənbə: İhlas Haber Ajansı (İHA)