Azərbaycanda un ucuzlaşıb - Yeni qiymətlər

 02-06-2023

Son 20 gündə Azərbaycanda unun qiyməti 3%-dən çox ucuzlaşıb.

Yeniavaz.com xəbər verir ki, dünən Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 31,5-34 manat arasında dəyişib.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 31,5 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə - 35 manata "Nural” MMC satıb.

20 gün əvvəl isə "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 32,5 manata, "Nural” MMC isə 36 manata satıb.
Məlumat üçün qeyd edək ki, son 5 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 16%-dən çox ucuzlaşıb.
 

Bənzər yazılar

0.78828310966492