Qəzadan sonra suya düşdüyü ehtimal edilən şəxsin sürücülük vəsiqəsi olmayıb - FOTO/VİDEO

 30-05-2023

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Vəfadar Eldar oğlu İsmayılzadənin axtarışları davam etdirilir.

FHN-dən verilən məlumata görə, axtarışlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.

Yevlaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı itkin düşən 20 yaşlı Vəfadar İsmayılzadənin axtarışları davam edir.

Ailə üzvləri ehtimal edirlər ki, hadisə zamanı o, su kanalına düşüb.

“Ad günü idi, dostları ilə birgə Mingəçevirə istirahətə gedirdilər. Maşın dostunun olub, Vəfadarın sürücülük vəsiqəsi yoxdur”, - deyə itkin düşən şəxsin anası bildirib.

V.İsmayılzadənin qohumu Elçin Əliyev hazırda axtarışların davam etdiyini və ailəsinin narahat olduğunu qeyd edib:

“Nə ölüsünü, nə də dirisini tapa bilirik”.

Qeyd edək ki, Vəfadar evin tək oğul övladı olub.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.41706299781799