Co Bayden Rəcəb Tayyib Ərdoğana zəng etdi

 29-05-2023

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edərək onu II tur prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.

Milletinsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Bayden Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Söhbət zamanı qlobal problemlər müzakirə edilib. Dövlət başçıları ABŞ və Türkiyə arasında münasibətlərin hərtərəfli inkişafı ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Bayden “Twitter” hesabındakı paylaşımda Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edib və NATO müttəfiqləri olaraq qlobal məsələlərdə birgə işləmək barədə niyyətini bildirib.

Bənzər yazılar

0.45975422859192