Abbas Seyidov vəzifəsindən azad olundu

 28-05-2023

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov vəzifəsindən azad olunub.

Milletinsesi.info ” xəbər verir ki, bu, AMEA Rəyasət Heyətinin iclasında qərara alınıb.

Onu qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda, professor Abbas Seyidovun ərizəsi əsasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad olunması qərara alınıb.

Həmçinin AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudova isə AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri vəzifəsinə təsdiqlənib.

 

Bənzər yazılar

0.50687098503113