Yol Patrul Xidməti maşını radara düşdü, CƏRİMƏ VƏTƏNDAŞA GƏLDİ - BUNU DA GÖRDÜK

 31-05-2022

Azərbaycanda Yol Patrul Xidməti avtomobilinin radar cəriməsi vətəndaşa gəlib.

MillətinSəsi.info xəbər verir ki, bununla bağlı cərimə gələn şəxs özünü sosial şəbəkə hesabında məlumat paylaşıb. 

O bildirib ki, səhər tezdən telefonuna İmişli-Bəhramtəpə yolunda idarə etdiyi avtomobilin sürət həddini aşması ilə bağlı bildiriş gəlib. Vətəndaş həmçinin heç vaxt maşını olmadığını qeyd edib.

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev problemin dərhal aradan qaldırıldığını və vətəndaşa göndərilən cərimənin ləğv edildiyini deyib. 

Bənzər yazılar

0.19699597358704