Rusiyanın "Oreşnik"lə zərbəsi... - NATO bəyanat yaydı

 27-11-2024

NATO Rusiyanın Dneprdə “Oreşnik”dən istifadə etməsindən sonra Ukraynaya dəstəyini zəiflətməyəcəyinə söz verir.

"Ölkə.az" xəbər verir ki, bu barədə alyansın mətbuat xidmətinin Ukrayna-NATO Şurasının səfirlər səviyyəsində fövqəladə iclasından sonra verilən bəyanatında deyilir.

Səfirlər Rusiyanın eksperimental orta mənzilli ballistik raket buraxmasından sonra Ukraynadakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Görüşdə NATO səfirləri bunun Ukraynaya dəstəyi dəyişməyəcəyini təsdiqləyiblər.

Bəyanatda qeyd olunur ki, bu zərbə münaqişənin gedişatını dəyişməməlidir.(axar.az)

Bənzər yazılar

0.11647391319275